Rəqəmsal dərslər
Ağıllı cihazlar üçün interaktiv tədris materialı
Yeni bacarıqlar
Sinif otağında rəqəmsal dərslərdən istifadə şagirdləri dərsdə daha fəal olmağa, öz təcrübələrinə əsasən biliyi əldə etməyə və qrup işi zamanı əməkdaşlıq etməyə sövq edir. Müəllimin vəzifəsi şagirdlər qrupda işləyən zaman həllərin tapılmasında onlara dəstək göstərməkdir.
Rəqəmsal dərslərşagirddə əməkdaşlıq, sosial və rəqəmsal bacarıqları inkişaf etdirir, və süni intellekt dünyasında gələcək nəsillər üçün zəruri olan bacarıqlara əsas diqqəti yetirir. Rəqəmsal dərslər şagirdlərə xətti düşüncədən istfiadə etmək əvəzinə öyrənməyi və sistem daxilində işləməyi tədris edir.
Kompleks bilik
12 dildə mövcud olan rəqəmsal dərslər mövzunu kəşf etdikdə təkcə bir elmi sahəyə diqqəti yönəltmir, müxətlif elm sahələr ilə laqə yaradaraq verilmiş mövzu barədə daha mürəkkəb biliklər təklif edir.
Onlar verilmiş mövzunun elmi, riyazi, tarixi və sairə aspektlərini araşdırır ki, əldə edilməli bilikdən savayı konsepsiyalar arasında əlaqəni vurğulayır və sistemlərin dünyada necə işlədiyini başa düşməyə kömək edir.
Məzmun qrafası
Rəqəmsal dərslər arasında əlaqə məzmun qrafikində göstərilib hansı ki, tədris materiallarını öz məzmunu əasaında əlaqələndirir..
Çoxölçülü filtrdən istifadə edərək siz asanlıqla sizə lazım olan məzmunu seçə bilərsiniz. Belə minvalla tələbələr üçölçülü qrafada tədris materialları arasında dərhal əlaqələri görür və bu əlaqələri kontekstə yerləşdirir.
Məsələn atmosfer (coğrafiya) haqqında öyrəndikdə şagirdlər yaşayış şəraiti (biologiya) , hava komponentləri (kimya), atmosfer təzyiqi(fizika) və aviasiyanın tarixi haqqında aidiyyati məzmunu tapa bilərlər.
Süni intellekt
Məzmun qrafikinin süni intellekti hər bir şagird üçün fərdi öyrənmə yolunu cıza bilər və bura sözü gedən şagirdi maraqlandıran öyrənmə materialları daxildir. Fərdiləşdirilmiş təhsil hər bir şagird halında təkmilləşdirilməli olan bacarıqların hərtərəfli inkişafına imkan verir.
Eyni sadə tapşırıqlaırı təkrarlamaq əvəzinə biz sizə şagirdlərin ehtiyaclarına uyğun olan və onlar üçün inkişafı təmin edən tapşırıqlar və tədris materialları vasitəsilə şagridlərin biliyini təkmilləşdirmək fürsətini təklif edirik. Tədris materialını fərdiləşdirməklə müəllimlər hər bir şagird üçün onun səviyyəsi və bacarıqlarından asılı olmayaraq optimal öyrənmə mühitini yarada bilərlər .
Onu harada istifadə edə bilərəm?
Rəqəmsal dərslər aktiv internet bağlantısı olan hər bir kompüterdə, Android və ya Apple iOS əməliyyat sistemi ilə işləyən planşet və smartfondakı brauzerdə açıla bilən HTML əsaslı veb sahifərlərdir. . Adaptiv dizayna görə. məzmun həmişə ekrana yerləşir, odur ki, dərslərdə smartfondan da istifadə oluna bilər.