LabCamera şagird və müəllimlərə kompüterdən istifadə edərək elmi müşahidələri və ölçmə işlərini aparmağa imkan verən veb kamra əsaslı təbii elmlər, araşdırma və məlumatların qeydiyyatı üzrə proqram təminatıdır. Ondan həm sinif otağında, həm də ev tapşırığının icra edilməsi üçün evdə istifadə etmək olar. O elm və təbiətə yeni perspketivdən baxmağa kömək edir və təbii elmlər üzrə dərsləri daha da maraqlı edir və şagirdləri yaradıcı şəkidə düşünmək üçün ilhamlandıran aləti təmin edir.
Planşet və telefon üçün maarifləndirici ttəbiqlər
Müəllimlər və məktəblər üçün faydaları
- Pedaqoqika elminə və təbiətə yeni perspektiv verir.
- Təbii hadisəlıər və proseslərin anlaşılmasında dərindən kömək edir
- Bahalı laboratoriya avadanlğı üçün tələbi aradan qaldırmaqla xərcləri azaldır
- Demək olar ki, təbii elmlərin bütün sahələrində istifadə oluna bilər.
- Müəllimlərin işinə kömək etməklə performansı yaxşılaşdırır və motivasiyanı artırır.
- Yaradıcı düşüncəni təşviq edir
- Fənlərası əlaqəyə imkan yaradır
- Məktəbdə və müəllimlərdə rəqabətliliyi artırır.
- Ötürülə bilən daimi lisenziya
Şagridlər üçün faydaları
- İnstinktiv elmi marağı oyadır
- Təbii elmlər fənnlərində performansı artırır
- Əyləncəli öyrənmə təcrübələrini təmin edir
- Abstraskiya və proyeksiya bacarıqlarını inkişaf etdirir
- Uğursuzluq yox, uğur vasitəsilə öyrədir
- Sinif otağında və evdə öyrənmə arasında olan boşluğu aradan qaldırır
- Ev tapşırığının işlənilməsini daha da maraqlı edir
- Təhlükəsiz eksperimentlərin aparılması üçün imkanlar yaradır
- Adi gündəlik istifadə etdiyimiz əşyalarla kompüter vasitəsilə sinif otağında eksperimentlərin aparılmasına imkan yaradır
Ləng kinoçəkiliş
Ləng" kino çəkiliş" funksiyası sizə buludların əmələ gəlməsi və miqrasiyası, buzun əriməsi, bitkirlərin böyüməsi və sairə kimi təbiətdəki ləng prosesləri müşahidə etməyə və daha yaxşı qavramağa kömək edir.
Proqram təminatı konfiqurasiya oluna bilən intervallarda hərəkətsiz kadrları çəkir və sonra da bu kadrları əlaqəli aramsız bir videoaya çevirir. Videoyazınını tezliyini və videonun geri oxutma sürətini fərdi şəkildə təyin etmək olar.
Kinematika
"Kinematika" modulu cismlərin hərəkətini izləyir və izlənilən cismlərin mövqeyi, sürəti və sürətlənməsini real vaxt rejimində üfuqi və ya şaquli qrafikdə göstərir.. O veb kameranın şəklini təhlil edə və ya hərəkətin təhlili üçün əvvəlcədən yazılmış video yazılardan istifadə edə bilər..
Kinematika eyni zamanda 3 qədər cismin hərəkətini izləyə və şagirdlərə toqquşmalar və hərəkət xarakteristikalarının real vaxt rejimində müqayisəsini nəzərdə tutan daha mürəkkətb eksperimentləri aparmağa imkan verə bilər. Rəngli toplar, oyuncaq qabları və şarlar kimi gündəlik istifadə etdiyimiz əşyalardan istifadə etməklə Kinematika eksperiment zamanı şagirdlərin diqqətini cəlb edəcək.
Hərəkət kamerası
Hərəkət kamerası funksiyası sizə təbiətdə nadir və unikal anları çəkməyə imkan verir. O hərəkərt sensoru kameraları kimi işləyir. Kamera önündə hər-hansı bir hərəkəti aşkar etdikdə onun video yazısı aparılır. .
Siz sadəcə hər hansı bir hərəkətin video yazını başladacaq sahəni ayarlamalı, aşkarlama həssaslığını ətraf mühitə kökləməli və yazı düyməsinə basmalısınız.
Mikroskop
Universal ölçmə aləti olan Mikroskop modulu şagird və tələbələrə ölçü. məsafə, bucaq və sahələri ölçməyə imkan verir. Veb kamera vasitəsilə makro şəkillər də çəkmək mümkündür və bu da mirko orqanizmlərin müayinəsinə imkan verir. Bu alət, həmçinin, bina, körpü və ya nəhəng ölçüdə olan obyektləri ölçməyə imkan verir. Bu atlət proporsiyalar, ölçülər və ölçmə metodologiyasını tədris etmək üçün mükəmməl bir alətdir.
Universl registrator
Universal registrator öz daxili kamerası vasitəsilə kompüterinizə qoşulmaqla rəqəmsal, analoq və ya maye əsaslı displeyi olan istənilən ölçmə alətinin məlumatlarını qeydə ala bilər.. Universal registrator eyni zamnda üçə qədər ölçmə cihazını izləyə bilər və bununla da şagirdlərə müqayisəli eksperimentləri aparmağa imkan verə bilər.
Məktəblər ölçmə məlumatlarının rəqəmsal qeydiyyatını aparmaq üçün kompüterə qoşulan bahalı ölçmə cihazlarını alıb və istismar etmək əvəzinə mövcud şüşə, rəqəmsal və ya analoq termometr, manometr, voltmetr və sairədən istifadə etməklə laboratoriya avadanlığına sərf oluna biləcək vəsaitə əhəmiyyətli dərəcədə qənaət edə bilərlər.
İzləmə
İzləmə modulu hərəkət edən cism və varlıqların görünməyən marşrutları və .nümunələrini izləyir və aşkar edir. Xaotik hərəkətdə strukturları tapmaq üçün Marşrut və hərəkət sıxlığı üzrə xəritələr arasında keçid edin.
Modul hərəkt edən cismlər və ya heyvanlarda strukturları tapmaq üçün sizə cihazınızın kamerasından istifadə etməyə icazə verir.
"Qrafik" oyunu
Hərəkətlərinizi izləyən və onları əvvələcədən təyin olunmiş əyrilə müqayisə edən oyuna bənzər tətbiqdən qrafikləri anlayın . Sadəcə bədəninzi əvvəlcədən təyin olunmş əyriyə iyğun olaraq hərətkət etdirin..
Oyuna yaxın-uzaq, üfuqi-şaquli, obyektin hərlənməsi və kameranın obeykt ətrafında hərlənməsi kimi məsələ növləri daxildir.
.
LabCamera dərsləri
LabCamera dərrslərinə sizin proqrama yükləyə biləcəyiniz və orada təhlil edə biləcəyiniz çoxsaytlı fiziki hadisələrin pulsuz videoları daxildir. Videolara, həmçinin, eksperimentlərin izahatı da daxildir.



