mozaBook tablet
mozaBook proqramı artıq planşet və smartfonlar üçün əlçatandır, odur ki, şagirdlər getdikləri istədiyi yerə rəqəmsal dərsliklıəri özləri ilə götürə bilər və hətta onlardan oflayn istifadə edə bilərlər. Sinif otağında qrup işində iştirak etmək üçün mobil cihazlarda olan mozaBook tətbiqindən həmçinin interaktiv lövhə və ya PC-də işləyən mozaBook-a qoşulmaq üçün istifadə etmək olar.
Endirin və pulsuz sınayın
Planşet və telefon üçün maarifləndirici ttəbiqlər
Şagirdlər aktivləşdirilmiş kitabları və iş dəftərlərini öz planşetlərinə endirə bilər və ya yeni nəşrlər ala bilərlər. Endirilən kimi rəqəmsal kitab və iş dəftərlərindən oflayn rejimdə istifadə etmək olar və onlarda olan interaktiv məzmunu (3D səhnələri, maarfləndirici videolar, təsvirlər, audiolar, iş vərəqləri) aktiv internet bağlantısı olmadan daxili pelyerlərlə açmaq olar. .
Kitablara çıxış əldə etmək üçün planşetdə işləyən tətbiq mozaWeb hesabına bağlanmalıdır.
Axtarış edin, qeydlər aparın, işləyin
İnteraktiv mündəricatlar istifadəçilərə rəqəmsal nəşrlərdə naviqasiya etməyə kömək edir. Daxili axtarış funksiyası mətnlərin axtarışını mümkün edir və şagirdlər də rəsm alətlərindən istifadə edərək kitab və iş dəftərlərində rəsm çəkə və mətnləri seçə bilərlər.. Sistem şagirdləri onların tamamlaya və sonradan öz müəllimlrəinə göndərə biləcəyi yeni ev tapşığı haqqında məlumatlandırır.
3D səhnələrində virtual reallıq
Şagirdlər öz mobil telefonlarında 3D səhnələrini virtual şəkildə araşdıra bilərlər. Əgər onlar öz telefonlarını müvafiq VR dəbilqəsinə yerləşdirərlərsə qədim Afinaya, Qlobus Teatrına və ya Ayın stəhinə səyahət edə bilərlər!
Sinif işi, sinif işinin idarə edilməsi
mozaBook müəllimlərə virtual sinfi yartmağa və şagridlərə sinfə qoşulmağa dəvət etməyə imkan verir. Şagirdlər öz planşetlərindən istifadə edərək sinif işinə qoşula bilərlər. Bunun üçün müəllimin kompüteri və planşetlər eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdırlar. İnternetə qoşulmaq zəruri deyil.
Müəllimlər həmişə kimin qoşulu, kiminsə qoşulu olmadığını görə bilər, eləcə də hər kəsin geridə qalmamasından əmin olmaq üçün istənilən vaxt ekran şəkillərini əldə edə bilərlər.
Müəllimlər, həmçinin, dərsliyin səhifələrini birbaşa şagirdlərin cihazları ilə paylaşa bilərlər. . Əlavə olaraq, müəllimlər şagirdlərə tapşırıq, iş vərəqləri, videolar və ya təsvirləri göndərə bilərlər. Müəllimlər, həmçinin, öz kompüterindən iş vərəqlərinin tamamlanmasına nəzarət edə bilər və şagirdin nəticələrini yoxlaya bilərlər.
mozaWeb hesabları haqqında ətraflı məlumat